İranın paytaxtı Tehranda Kərbəla hadisəsinin 1387-ci ildönümü münasibətilə geniş anım mərasimləri təşkil olunub.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, mərasimlərdə minlərlə insan iştirak edib. Şəhərin cənubunda yerləşən Tehran Böyük Bazarının Gelubendek qovşağındakı tədbir məkanı “Ya Hüseyn” nidaları səsləndirən, mərsiyələr oxuyan və sinə vuran iştirakçılarla dolub.

Anım tədbirləri çərçivəsində Kərbəla hadisəsi teatr tamaşası vasitəsilə yenidən canlandırılıb. Mərasim iştirakçıları Kərbəla şəhidlərinin xatirəsini yad edərək dini ayinlər və matəm mərasimləri keçiriblər.