İngiltərə millisinin iki futbolçusu hazırda davam edən futbol üzrə dünya çempionatının 3-cü turunda Panamaya qarşı keçiriləcək oyunu buraxa bilər.
"Unikal" xəbər verir ki, informasiyanı " The Guardian" yayıb.
Məlumata görə, bunlar sağ cinah müdafiəçisi Ris Ceyms və yarımmüdafiəçi Deklan Raysdır. Mənbə hər iki oyunçunun 2-ci turda Qana ilə matçdan (0:0) sonra özlərini narahat hiss etdiklərini vurğulayıb.
Xatırladaq ki, L qrupunda yer alan İngiltərə 4 xalla birinci pillədədir. Qana eyni xalla ikinci, 3 xala malik Xorvatiya üçüncü sırada mövqe tutub. Brtitaniyalılar xal qazana bilməyən və pley-off şansını itirən Panama ilə iyunun 28-də üz-üzə gələcəklər.












.jpg)






































.jpg)


