İranın qərbindəki Kirmanşah əyalətinin Paveh şəhərində atışma baş verib.
"Unikal" İranın dövlət televiziyasına istinadən xəbər verir ki, silahlı insidentdə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK - Silahlı Qüvvələrin elit bölməsi) iki əsgəri həlak olub, iki əsgər isə yaralanıb. Korpus atışmanı terror aktı kimi təsnif edib.
Hadisənin baş vermə səbəbləri müəyyən edilir.





















































