SEPAH-ın Hərbi Dəniz Qüvvələrində ali rəhbərin nümayəndəsinin siyasi məsələlər üzrə müavini Məhəmməd Əkbərzadə Kerman əyalətində avtomobilin aşması nəticəsində həyatını itirib.

"Unikal" "Fars" xəbər agentliyinə istinadən xəbər verir ki, hadisədən sonra polis və təcili yardım qüvvələri əraziyə cəlb olunub. O, tibb mərkəzinə çatdırılsa da, aldığı ağır xəsarətlər nəticəsində ölüb.

Hadisənin səbəblərinin və detallarının aidiyyatı orqanlar tərəfindən araşdırılmasına başlanılıb.