Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən "Unikal"a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilmədən söndürülüb.

 

*** 17:34

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə "Unikal"a FHN-dən məlumat verilib. 

Qeyd olunur ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Paytaxtın "Ağ Şəhər" ərazisində yanğın hadisəsi qeydə alınıb. 

"Unikal"ın məlumatına görə, ərazidə qalın tüstü müşahidə olunub. 

Hadisə yerinə  yanğınsöndürmə briqadaları cəlb olunub.

Gülayə Mecid