"Moskva 2025-ci ilin yayında Azərbaycanda saxlanılan 11 Rusiya vətəndaşının azadlığa buraxılacağına ümid edir".
"Unikal" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI-yə verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, bu məsələ Azərbaycan xarici işlər nazirinin qarşıdan gələn səfəri zamanı müzakirə olunacaq: "Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov yaxın gələcəkdə Moskvaya səfər edəcək. Səfərin tarixləri hələlik dəqiq deyil".
Diplomat ikitərəfli münasibətlərin, eləcə də 11 Rusiya vətəndaşının azadlığa buraxılması məsələsinin müzakirə olunacağını qeyd edib.
Ağarza Elçinoğlu



















.jpg)































