"Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyün bütün üstünlüklərindən istifadə etməyə davam edərkən Aİ-yə qoşulmaq niyyətini qanunvericiliyində təsbit etməsi AİB üzvləri üçün qəbuledilməz bir vəziyyətdir".
"Unikal" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI-yə verdiyi müsahibədə bildirib.
O, əlavə edib ki, Moskva Ermənistan rəhbərliyinin bu birliklərə üzvlüklə bağlı referendum keçirməyə niyə tələsmədiyini tam başa düşmür: "Bildiyiniz kimi, qeyd etdiyim dörd dövlətin liderləri 29 mayda Astanada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclası zamanı AİB üzv dövlətlərinin, xüsusən də Rusiya, Qazaxıstan, Qırğızıstan və Belarusun iqtisadi təhlükəsizliyinə qarşı risklərlə bağlı narahatlıqlarını ifadə etdilər. Dekabr ayına qədər ekspertlər Ermənistanın AİB-də iştirakının dayandırılmasının mümkün nəticələri ilə bağlı həm iqtisadi, həm də hüquqi aspektləri hazırlayacaqlar".
Rusiya xarici işlər nazirinin müavini xatırladıb ki, AİB ölkələrinin dörd prezidenti yaxın gələcəkdə referendum keçirilməsinin lehinə çıxış ediblər, çünki Ermənistan qanunvericiliyinə görə, referendum keçirilməsi Ermənistanın millətlərarası inteqrasiya strukturlarına qoşulması zamanı zəruridir: "Mənim fikrimcə, ötən ilin aprel ayında Ermənistanda qəbul edilmiş qanun "Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında" adlanır. Bu mövzuda xüsusi qanun qəbul edilib. Və mən burada başqa şərhlər görmürəm".
Qaluzinin sözlərinə görə, parlament tərəfindən qəbul edilmiş və ölkə prezidenti tərəfindən imzalanmış qanunun olması və Ermənistanı Avropa Birliyinə yaxınlaşdıracaq əməli addımların atılması fundamental əhəmiyyət kəsb edir.
Ağarza Elçinoğlu












.jpg)







































