"Ermənistanda hakimiyyətə gələn insanlar "qlobal Qərb" tərəfindən himayə olunur".
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın İndoneziyadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri, diplomat Dzyunik Ağacanyan bildirib.
Ağacanyanın sözlərinə görə, onların məqsədi "qlobal Qərb"in planlarının həyata keçirilməsini təmin etməkdir.
"Hazırkı Ermənistan hökumətinin istənilən hərəkəti təsadüfi deyil. Əlbəttə ki, onların uzaq hədəfi Çindir, amma əsas hədəfləri Rusiya və İrandır. Hökumətin və Qərbin məqsədi qlobal hegemonluğu və "resurs bazası" üzərində nəzarəti təmin etməyə davam etməkdir. Rusiya əvvəlcə rəsmi İrəvanın hərəkətlərinə çox ehtiyatla reaksiya verib, hazırkı Ermənistan hökumətinin nümayəndələrini "səriştəsiz" hesab edib. Daha sonra Moskva ayılıb və başa düşüb ki, hazırkı Ermənistan hökuməti sadəcə Ermənistan iqtisadiyyatını Rusiyanın ziyanına islah etmək üçün vaxt itirir. Ermənistan hökuməti əslində Rusiyanın altına mina yerləşdirir, həm Rusiyanın özünü, həm də onun avanqard qüvvə kimi təmsil olunduğu strukturları təhdid edir", - deyə keçmiş səfir bildirib.





.jpg)





.jpg)

.jpg)















.jpg)





















