Ermənistan vətəndaşlarına xarici telefon nömrələri və elektron poçt ünvanlarından bəzi seçki məntəqələrində bomba yerləşdirilməsi ilə bağlı zənglər və mesajlar göndərilib.
"Unikal" Armenpress-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi açıqlama yayıb. Bildirilib ki, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi araşdırmalar nəticəsində həmin məlumatların həqiqəti əks etdirmədiyi müəyyən olunub.
Nazirlik qeyd edib ki, bu cür addımlar seçki prosesini pozmağa, əhali arasında təşviş və inamsızlıq yaratmağa, eləcə də dövlət qurumlarının fəaliyyətini çətinləşdirməyə yönəlmiş informasiya-psixoloji təsir cəhdləri kimi qiymətləndirilə bilər.
Açıqlamada vurğulanıb ki, vəziyyət tam nəzarət altındadır. Vətəndaşlara dezinformasiyaya inanmamaq, təsdiqlənməmiş məlumatları yaymamaq və bu kimi mesajlar aldıqları halda dərhal hüquq-mühafizə orqanlarına məlumat vermək tövsiyə olunub.
















































.jpeg)
.webp)

