Azərbaycan Texniki Universitetinin (AzTU) Özbəkistanın Əndican Dövlət Texniki İnstitutu ilə əməkdaşlığı çərçivəsində bu ali təhsil müəssisəsinin Metrologiya və yüngül sənaye kafedrasının müdiri Yuldaşev Kozimjon Komiljonoviçin rəhbərlik etdiyi nümayəndə heyəti mübadilə proqramı ilə AzTU-da səfədə olub.
"Unikal" xəbər verir ki, qonaqlarla görüşən AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov onlara universitetin tarixi, faəliyyət istiqamətləri və hədəfləri haqqında məlumat verib.
Səfər çərçivəsində Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları, eləcə də Maşınqayırma texnologiyası kafedrasının əməkdaşları ilə görüşlər keçirən qonaqlar müxtəlif mövzularda birgə tədiqatların, məqalə və konfrans materiallarının hazırlanması imkanları barədə müzakirələr aparıb.
Daha sonra Əndican Dövlət Texniki İnstitutunun nümayəndə heyəti Maşınqayırma və metallurgiya fakültəsində müxtəlif tədris laboratoriyaları, eləcə də Mühəndis Gəlişdirmə Emalatxanası, orada tədrisin təşkili prosesi və mövcud olan texnoloji avadanlıqlarla tanış olub.





























.jpeg)





.jpg)

















