Xalq artisti və iş adamı Emin Ağalarov jurnalist Kseniya Sobçakla canlı efir zamanı maraqlı təcrübə həyata keçirib. 

"Unikal" xəbər verir ki, Ağalarov əvvəlcədən aparıcı ilə sözləşərək xanımı Alyona Qavrilovanın ona dostları ilə birlikdə Dubaya hamama getməsinə icazə verib-verməyəcəyini öyrənmək istəyib. 

Xanımına efir zamanı zəng vuran Emin ondan "hə" cavabı alıb. 

Canlı efirdə olduğunu öyrənən Alyona "Gör sənin necə mehriban, yaxşı xanımın var" deyə reaksiya verib.