Zvartnots hava limanındakı hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ölkəni tərk etməsinə mane olublar.
"Unikal" xəbər verir ki, Robert Köçəryanın ofisi əvvəllər prezidentin Ermənistanı üç günlük tərk edəcəyini açıqlamışdı. Bildirilmişdi ki, səfər şəxsi, çoxdan planlaşdırılmış və sıx seçki qrafiki səbəbindən təxirə salınmışdı.
"Prezidentin əvvəlki çoxsaylı səfərləri barədə əvvəlcədən heç vaxt məlumat verməmişik, çünki onlar şəxsi xarakter daşıyırdı. Lakin hakimiyyətin müxalifət nümayəndələrinin səfərləri barədə son zamanlar verdiyi yalan məlumatları nəzərə alaraq, ictimaiyyəti hökumətin gözlənilən yalanlarından qorumağı zəruri hesab edirik", - deyə Robert Köçəryanın ofisi qeyd etmişdi.



















































.jpg)




