Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyapərəst müxalifəti məhv edəcəyini açıq şəkildə bildirib.
"Unikal" xəbər verir ki, bununla bağlı o, sosial media hesabında bildirib.
"Üçbaşlı mafiya bir sadə səbəbdən heç nə edə bilməz: xalqın dəstəyini almayıblar və heç vaxt da almayacaqlar. Əksinə, xalq açıq şəkildə üçbaşlı mafiyanın diz çökdürülməsini və məhv edilməsini tələb edir və bu, qaçılmaz olaraq baş verməlidir.
Yeri gəlmişkən, biz əsas kuklaçı olan kaluqalı Serji unutmamışıq və unutmayacağıq.
Ona görə də, çamadanlarınızı toplamağa tələsməyin. Hətta seçki kampaniyası zamanı da demişdim ki, Ermənistandan qaçmaq fürsətini xəyal edəcəksiniz, amma bu fürsətiniz olmayacaq.
Əziz xalqım, gecəniz xeyrə qalsın!".



















































.jpg)




