Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2106 ilə "Hyundai" markalı minik maşınları toqquşub. Nəticədə VAZ-2106-nın sürücüsü ölüb, xəsarət alan 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.