Almaniyanın Die Welt nəşri iddia edir ki, İran Qızıl Aypara Cəmiyyətinin ölkənin birinci vitse-prezidentinə ünvanladığı məxfi məktubda Əli Xameneinin dəfn mərasimləri zamanı 1500-3000 nəfərin həyatını itirə biləcəyi ehtimalı qiymətləndirilib.

"Unikal" xəbər verir ki, nəşrin məlumatına görə, bu proqnozdan sonra İran hakimiyyəti xüsusi əməliyyat qrupu yaradıb. Həmçinin Tehran yaxınlığında yerləşən Beheşt-e Zəhra qəbiristanlığında minlərlə yeni məzarın hazırlandığı bildirilir.

"Die Welt"in istinad etdiyi Tehran şəhər administrasiyasının əməkdaşının sözlərinə görə, məsul şəxslərə 3000 nəfərə qədər ölüm halının mümkün olduğu bildirilib. Mənbə bunu gözlənilən böyük izdiham və yüksək hava temperaturu ilə əlaqələndirib.