İspaniya və Niderland polisinin keçirdiyi birgə əməliyyat nəticəsində 947 kq MDMA narkotik vasitəsi ələ keçirilib. Bu, Avropada indiyədək müsadirə olunmuş ən böyük sintetik narkotik partiyasıdır.

"Unikal" bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.

İspaniya polisinin məlumatına əsasən, sintetik narkotik maddəni Cənubi Amerikaya göndərmək və orada kokainlə dəyişmək planlaşdırılırmış. Əməliyyat zamanı hər iki ölkədə ümumilikdə 15 nəfər saxlanılıb ki, onlardan da 12-si barəsində həbs qətimkan tədbiri seçilib.

Əməliyyat zamanı MDMA ilə yanaşı, 644 çətənə kolu, üç ədəd odlu silah, 46 000 avro nağd pul və beş ədəd lüks qol saatı müsadirə olunub.