"Kanada Ukraynaya hava hücumundan müdafiə sahəsində dəstəyi də əhatə edən 900 milyon dollar dəyərində yeni yardım paketi təqdim edib".

"Unikal" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyədə Kanadanın Baş naziri Mark Karni ilə görüşünün yekununda bildirib.

Ukrayna prezidentinin sözlərinə görə, bu yardım paketi ölkənin Rusiyanın raket hücumlarından müdafiəsinin gücləndirilməsinə ehtiyac duyduğu bir dövrdə xüsusi əhəmiyyət daşıyır.

Öz növbəsində Mark Karni bildirib ki, Kanadanın yardımı ortamüddətli dövr üçün nəzərdə tutulub və hava hücumundan müdafiə sahəsində dəstəklə yanaşı, hərbi texnika, sursat və digər yardım növlərini də əhatə edəcək.

Görüş zamanı Zelenski və Karni müdafiə, təhlükəsizlik və dayanıqlılıq sahəsində bankın yaradılmasını da müzakirə ediblər.