Pakistanın Xarici İşlər Nazirliyi bildirib ki, Yaxın Şərqdə sülhə nail olmaq üçün diplomatiyadan başqa alternativ yoxdur.
"Unikal" xarici mediaya istinadla xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyi bölgədəki hadisələrlə bağlı dərin narahatlığını ifadə edib və hərbi əməliyyatların yenidən başlamasının heç bir tərəfin maraqlarına uyğun olmadığını bildirib. Nazirliyin yaydığı bəyanatda deyilir: "Pakistan bütün tərəfləri təmkinli olmağa, bölgədə sülh və sabitliyi daha da sarsıda biləcək hər hansı bir hərəkətdən çəkinməyə çağırır".
İslamabad Vaşinqton və Tehranı anlaşma memorandumunun şərtlərinə bərabər şəkildə riayət etməyə səsləyib. Qeyd edək ki, ABŞ və İran bir-birini razılaşmanı pozmaqda ittiham edir.
Qeyd edək ki, ABŞ Hörmüz boğazında ticarət gəmilərinə edilən hücumlara cavab olaraq İran ərazisinə zərbələr endirib. Vaşinqton atəşkəsə riayət etməyəcəyini bəyan etdikdən sonra İran tərəfi danışıqları dayandırıb.











.jpg)
.jpg)
.jpg)




.jpg)








.jpg)





























