Ukraynada siyasi strategiyanın yenilənməsi çərçivəsində hökumətdə genişmiqyaslı kadr dəyişiklikləri həyata keçiriləcək.
"Unikal" xəbər verir ki, Prezident Volodimir Zelenski bildirib ki, bu dəyişikliklər ölkənin prioritet istiqamətlər üzrə qarşıya qoyduğu hədəflərin daha səmərəli icrasını təmin etmək məqsədi daşıyır.
Onun sözlərinə görə, Baş nazir Yuliya Sviridenko ilə aparılan müzakirələrdən sonra Nazirlər Kabinetinin yenilənməsinin vacib olduğu qənaətinə gəlinib. Zelenski Sviridenkonun baş nazir vəzifəsində fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb və ona Ukraynanın əsas tərəfdaşlarından biri ilə münasibətlər üzrə yeni mühüm istiqamətə rəhbərlik etməyi təklif etdiyini açıqlayıb.
Prezident əlavə edib ki, siyasi strategiyadakı dəyişikliklər təkcə hökumətlə məhdudlaşmayacaq. Onun sözlərinə görə, yaxın vaxtlarda hüquq-mühafizə orqanlarının rəhbərliyində də kadr dəyişiklikləri baş verəcək. Bununla bağlı əlavə təfərrüatlar isə hələlik açıqlanmayıb.





.jpg)


.jpg)
.jpg)

.jpg)













































