"Naftogaz Ukrainy" şirkətinin İdarə Heyətinin sədri Sergey Koretski Ukraynanın Baş naziri vəzifəsinə ən çox ehtimal olunan namizəddir.
"Unikal" xəbər verir ki, belə bir iddia ilə Ukrayna mediası çıxış edib. Zelenski iyulun 12-də Telegram kanalında Koretskinin şəklini paylaşaraq ona Naftogaz və Ukrnafta şirkətlərinə rəhbərlik etdiyinə görə təşəkkür edib.
"Zelenski birbaşa Koretskinə Baş nazir vəzifəsini təklif etdiyini deməyib, lakin hazırkı vəziyyətdə bu paylaşım Koretskinin yeni Baş nazir olacağına dair açıq bir işarə kimi görünür", - deyə media qeyd edib.
İyulun 12-də Ukrayna Prezidenti Volodimir Zelenski ölkə hökumətinin tezliklə yenilənəcəyini və Baş nazir Yuliya Sviridenkonun istefa verəcəyini açıqlayıb.




.jpg)


.jpg)
.jpg)

.jpg)














































