Türkiyənin Mardin şəhərində "Mardinli Merilin Monro" kimi tanınan Melek Akarmut həbs olunub.

"Unikal" xəbər verir ki, buna səbəb 50 yaşlı "Merilin Monro" (əsl adı -  Melek Akarmut) sosial media hesabında FETÖ-nun 15 iyul 2016-cı il tarixində baş verən çevriliş cəhdi ilə bağlı cinayət elementləri ehtiva edən paylaşımlar etməsi olub. 

Bundan sonra Vilayət Polis İdarəsinin polis qrupları araşdırma şəxs barəsində araşdırma başladıb. 

Nəzarətə alınan Akarmut polis bölməsindəki prosedurlardan sonra ədliyyəyə sövq edilib. Prokuror tərəfindən dindirildikdən sonra Melek Akarmut növbətçi məhkəmə qarşısına çıxarılıb və "ictimaiyyətə açıq şəkildə yanlış məlumat yaymaq" ittihamı ilə həbs olunaraq həbsxanaya göndərilib.