İrland aktrisa Brenda Friker 81 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, onun ölüm səbəbi hələ açıqlanmayıb.
Friker ən böyük şöhrətini "Mənim Sol Ayağım" (1989) dramındakı rolu ilə qazanıb. 1990-cı ildə Daniel Dey-Luisin anası rolunu canlandırdığı üçün "İkinci planda ən yaxşı aktrisa" nominasiyasında Oskar mükafatına layiq görülüb.
Aktrisa, həmçinin, digər yaddaqalan rollarda da çəkilib. O, 1986-cı ildən 2010-cu ilə qədər işlədiyi BBC-nin "Casualty" serialında tibb bacısı Meqan Rouç rolunu oynayıb. Ailə komediyalarının pərəstişkarları onu "Evdə Tək 2" (1992) filmində "göyərçinli xanım" kimi tanıyırlar.
































.jpg)




.jpg)



.jpg)







_1583402582.jpg)



