Hazırda ölkədə heyvanların identifikasiyası və qeydiyyatı prosesi intensiv şəkildə davam etdirilir. Bu proses Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemi (AQTİS) üzərindən həyata keçirilir. İdentifikasiya nəticəsində heyvanların peyvəndlənməsi, müayinəsi və müalicəsi ilə bağlı məlumatlar vahid elektron məlumat bazasında toplanır.
AQTA-nın sədr müavini Əli Nəbiyev "Unikal"a bildirib ki, identifikasiya prosesi tam başa çatdıqdan sonra heyvanların birjalar vasitəsilə satışı məsələsinə baxılması mümkün olacaq. Onun sözlərinə görə, hazırda hər hansı heyvan barədə identikləşdirilmiş məlumat olmadığı halda, onun elektron platformalar vasitəsilə satışının həyata keçirilməsi sözsüz ki, mümkün deyil.
Əli Nəbiyev vurğulayıb ki, söhbət mövcud heyvan bazarlarının fəaliyyətinin məhdudlaşdırılmasından getmir. Hazırda heyvan alqı-satqısı ənənəvi bazarlarda əvvəlki qaydada davam edir.
Onun sözlərinə görə, heyvanların identifikasiyasının plan üzrə yekunlaşdırılmasından və müvafiq normativ tənzimləmələrin qəbul edilməsindən sonra heyvanların həm də birjalar vasitəsi ilə satışı həyata keçiriləcək.

































.jpg)




.jpg)



.jpg)







_1583402582.jpg)


