ABŞ-nin endirdiyi zərbədən sonra İranda azı 10 000 nəfər içməli su təchizatından məhrum olub.
"Unikal" xəbər verir ki, iyulun 18-də ABŞ silahlı qüvvələrinin duzsuzlaşdırma zavoduna zərbə endirməsi nəticəsində Hörmüzqan əyalətindəki 20 yaşayış məntəqəsinin sakinləri şirin su təchizatını itiriblər.
Yerli rəsmilərdən birinin sözlərinə görə, hücum nəticəsində bölgə sakinlərini gündəlik 3150 kubmetr su ilə təmin edən həmin müəssisədəki nasos stansiyası və transformator sıradan çıxarılıb. Hazırda ərazidə təmir işləri aparılır.
Qeyd edək ki, ABŞ daha əvvəl İranı duzsuzlaşdırma zavodunu vuracağı ilə hədələyirdi.

























































