Anlaşma memorandumunun pozulması ABŞ prezidentinin imzasının dəyərsizliyini və etibarsızlığını bir daha sübut edib.

"Unikal" xəbər verir ki, bu barədə İranın Ali Lideri Müctəba Xamenei bildirib.

"İran və ABŞ prezidentləri arasında imzalanmış anlaşma memorandumunda əldə edilən razılaşmaların dəfələrlə pozulması, ABŞ prezidentinin imzasının nə qədər dəyərsiz və etibarsız olduğunu, terrorizm və vəhşiliyin Amerika ideologiyası və fəaliyyətinin ayrılmaz hissəsi olduğunu bir daha hər kəsə sübut etdi.

Bu gün Böyük Şeytan bir daha əsl üzünü göstərdi. Onun yeni cinayətləri və pozulmuş vədləri Amerikanın yalançı və hiyləgər təbiətinin daha bir sübutudur.

İndi Amerika düşməni müharibə başlatmağa çalışarkən, İranın və müqavimət oxunun ona unudulmaz dərslər verdiyini nəzərə almalıdır", - deyə o qeyd edib.

Xameneyi qeyd edib ki, düşmən İranda heç bir zəiflik əlaməti görməməlidir. Bu halda İran qaçılmaz olaraq məğlub olacaq.

Ağarza Elçinoğlu