Salyanda 85 baş qoyun oğurlanan təsərrüfat sahibinin hadisədə şübhəli bilinən oğlundan hələ də xəbər yoxdur. 26 yaşlı gənc hardadır?

"Unikal" Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Salyanın Qırxçıraq kəndində baş vermişdi. Təsərrüfatlarındakı 85 baş qoyunu otarmaq üçün örüş sahəsinə aparan kənd sakini Ramiz Rüstəmov günorta saatlarında hətta evlə görüntülü əlaqə saxlayaraq danışıbmış.

Oğlundan şübhələnən atası qohumu ilə birlikdə qoyunları axtarmağa başlayıb. 71 başqoyunu Xırdalanda taparaq geri qaytarıb. Amma, Ramizdən və geri qalan qoyunlardan bu vaxta qədər heç bir xəbər almaq mümkün olmayıb.

Anası Hicran Rüstəmova isə bunları deyib.