Azərbaycan Premyer Liqasında XXXI tura start verilib.

“Unikal" xəbər verir ki, turun açılış oyunu Tovuzda keçirilib.

“Turan Tovuz” doğma azarkeşləri önündə “Sumqayıt”ı qəbul edib.  4:1 hesablı qələbə qazanan “Sumqayıt” xallarının sayını 47-yə yüksəldib. “Turan Tovuz” isə 42 xalda qalıb.

Qeyd edək ki, turun digər oyunları aprelin 20-21-də keçiriləcək.