"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin avqust müqaviləsinin dəyəri 1,61% azalaraq 1 barelə görə 79,27 ABŞ dolları təşkil edib.

"Unikal" xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin avqust ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,44% azalaraq 75,52 ABŞ dollarına bərabər olub.