20 iyun 2026-cı il tarixində Xətai rayonunda yerləşən Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib.
"Unikal" xəbər verir ki, Xətai rayonunda yay mövsümündə sakinlərin asudə vaxtının səmərəli təşkili, mədəni istirahətinin təmin olunması və şəhərin ictimai-mədəni həyatının daha da canlandırılması məqsədilə təşkil olunan bu cür tədbirlər artıq xoş ənənəyə çevrilib. Konsert proqramında rayon sakinləri və qonaqlar böyük maraqla iştirak ediblər.
Tədbir boyunca “Səma” rəqs qrupunun təqdim etdiyi rəngarəng və peşəkar çıxışlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Musiqi və rəqsin harmoniyasını özündə əks etdirən proqram iştirakçılara xoş ovqat bəxş edib, Azərbaycan xalqının zəngin mədəni irsini və milli-mənəvi dəyərlərini əks etdirən maraqlı nömrələr böyük rəğbətlə izlənilib. Konsert səmimi və yaddaqalan atmosferdə keçərək iştirakçılarda xoş təəssüratlar yaradıb.













.jpg)


.png)













.jpg)





















