Ermənistan Silahlı Qüvvələrinin hərbçisi təlim zamanı yaralanıb.

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi məlumatı təsdiqləyib. 

Hadisə Lori bölgəsindəki Pəmbək Dağ Təlim Mərkəzində baş verib. 

Hərbçinin ayağı amputasiya edilib, o, həkim nəzarəti altındadır. 

Ağarza Elçinoğlu