Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinə keçirilən qəbul imtahanının nəticələri məlum olub.

"Unikal" xəbər verir ki, şəhid mayor Xəyal Məmmədovun qızı Selin Məmmədova, şəhid gizir Ceyhun Abbasovun qızı Kəmalə Abbasova və şəhid Fərid Hüseynovun qızı Damla Hüseynova Bakı Türk Liseyinə qəbul olunublar.