“Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ölkəmizin ən qədim və nüfuzlu ali təhsil müəssisələrindən biridir. Bir əsrdən artıq fəaliyyət göstərən universitet bu müddət ərzində Azərbaycanın sənaye potensialının formalaşmasında, iqtisadi inkişafında, neft-qaz sektorunun güclənməsində, eləcə də mühəndis və texniki kadrların hazırlanmasında mühüm rol oynayıb”.
“Unikal”ın məlumatına görə, bu fikirləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov Məzun Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı səsləndirib.
Rektor bildirib ki, ADNSU təkcə ali təhsil ocağı deyil, həm də Azərbaycanın elm, sənaye və mühəndislik tarixinin ayrılmaz hissəsidir. Onun sözlərinə görə, universitetin məzunları uzun illər ərzində ölkənin müxtəlif sahələrinin inkişafına mühüm töhfələr verərək Azərbaycanın tərəqqəsində yaxından iştirak ediblər.
Rüfət Əzizov çıxışında Ümummilli Lider Heydər Əliyevin də ADNSU-da təhsil aldığını xatırladıb. O vurğulayıb ki, belə bir şəxsiyyətin universitetin məzunları sırasında olması ali təhsil müəssisəsi üçün böyük qürur mənbəyidir.
“Ümummilli Lider Heydər Əliyevin ADNSU-da təhsil alması bizim üçün həm böyük fəxr, həm də ciddi məsuliyyətdir. Bu irs universitet kollektivini daha böyük nailiyyətlərə sövq edir. Sənaye Universiteti 100 ildən artıq fəaliyyət dövründə daim yenilənərək inkişaf yolunda mühüm addımlar atıb, müasir dövrün tələblərinə uyğunlaşaraq ölkənin aparıcı ali təhsil müəssisələrindən birinə çevrilib”, - deyə rektor qeyd edib.
Gülayə Mecid
Foto: Turqut Sultan




.jpg)




.jpg)
.jpg)


.jpeg)
































.webp)





