İsrail Prezidenti İsaak Hersoqun olduğu İsrail Hərbi Hava Qüvvələrinə məxsus helikopter quş sürüsü ilə toqquşduqdan sonra təcili eniş edib.
"Unikal"ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələri (İMQ) məlumat yayıb.
İMQ-nin məlumatına görə, helikopter prezidenti Qüdsdəki Herzl dağında keçirilən anım mərasimindən şimali İsraildəki başqa bir anım yerinə aparırmış.
Uçuş zamanı təyyarə quşlarla toqquşub və Palmaxim Hava Bazasına enməyə məcbur olub. İMQ hadisədə heç kimin xəsarət almadığını və heç bir ziyanın dəymədiyini vurğulayıb.
Enişdən sonra İsrail prezidenti və heyəti başqa bir helikopterə minib və planlaşdırılan uçuşu davam etdiriblər.






.jpg)

.jpg)
.jpg)



.jpg)







.jpg)
.jpg)

























.jpg)








