Türkiyənin Niğde vilayətinin Bor rayonunda yerləşən pirotexniki vasitələr istehsal edən zavodda partlayış baş verib.
"Unikal" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, daha biri xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
Partlayışdan sonra müəssisədə yanğın başlayıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Faktla bağlı araşdırma aparılır, partlayışın başvermə səbəbləri müəyyənləşdirilir



























.jpg)

























