"Türk kinosunun usta aktyorlarından biri olan Kadir İnanın vəfatından böyük kədərlə xəbər tutdum".

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Telegram" kanalında yazıb. 

"Cənab Kadir İnanara Allahdan rəhmət diləyir, ailəsinə, qohumlarına, sevənlərinə və bütün incəsənət ictimaiyyətinə başsağlığı verirəm", - deyə Türkiyə lideri qeyd edib.