Aİ Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləməyə davam edəcək.
"Unikal" xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono özünün X səhifəsində yazıb.
O, Bakıda keçirilən görüşlərdə müzakirə olunan məsələlərdən danışıb: "Müzakirələrimiz regional inkişaflar, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər, nəqliyyat və logistika imkanları, Ermənistan və Azərbaycan arasında sülh prosesi və həm Ermənistanda, həm də Azərbaycanda qarşıdan gələn yüksək səviyyəli Aİ təmasları qarşısındakı məsələlərə yönəlib.
İki ölkə arasında davamlı sülh yolunda tarixi nailiyyətlərin yaratdığı müsbət impulsu qorumağın vacibliyi barədə razılığa gəldik. Avropa İttifaqı bu prosesi dəstəkləməyə davam edəcək".
Ağarza Elçinoğlu
































.jpg)

.jpg)
.jpg)




.jpg)







.jpg)
.jpg)

