06.07.2026-cı il tarixində saat 07:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisindən çağırış qeydə alınıb.
TƏBİB-dən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Bazu sümüyünün sınığı və burun sümüklərinin sınığı diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
***
08:31
Səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Hövsan qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Changan" və "Kia" markalı maşınlar toqquşub.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Murad İbrahimli
































.jpg)














.jpg)

