Türk teatrının ustad simalarından biri, 28 il səhnələşdirdiyi "Lüküs Hayat" operettası ilə iz buraxan usta sənətkar Zihni Göktay vəfat edib.
"Unikal" xəbər verir ki, kədərli xəbəri sənətçinin qızı Zeynep Göktay Dilbaz sosial media hesabında paylaşıb.
Dilbaz atasının ilin əvvəlində Ankarada qastrol səfəri zamanı omba sümüyünün sınığı keçirdiyini və o vaxtdan bəri səhhətindəki problemlərin daha da pisləşdiyini bildirib.
Qeyd edək ki, Zihni Göktay “Tosun Paşa”, “Atla gel, Şaban”, “Bizimkiler”, “Cennet Mahallesi”, “Hababam sınıfı askerde”, “Ulan İstanbul” kimi məşhur film və seriallarda rol alıb.
































.jpg)














.jpg)

