Tehranda Ayətullah Əli Xameneinin dəfn mərasimi zamanı Mosalla günbəzinin üzərində qırmızı qisas bayrağı qaldırılıb.

"Unikal" xəbər verir ki, bu barədə ISNA  agentliyi məlumat yayıb. 

"Mərasim zamanı İmam Xomeyni ziyarətgahının günbəzinin üzərində üzərində "Ey Hüseynin intiqamçıları!" yazısı olan qırmızı bayraq qaldırılıb", - KİV bildirib. 

Şiə simvolizmində qırmızı bayraq qisas çağırışını ifadə edir. Bayraq sonuncu dəfə 1 martda ABŞ və İsrailin raket zərbəsi nəticəsində Xameneinin ölüm xəbərindən sonra qaldırılıb.

Gülayə Mecid