"Televiziya veriliöl?rinin reytinqini mğ?yy?nl?ödirm?k dğzgğn deyil"
Teleaparıcı Aytən Əliyevanın sual-cavabını təqdim edir.
Aytən illər öncə AzTV-nin "Tələbə klubu", "ATV-nin "Son xəbər" proqramlarında görünsə də, bu gün onu əsl yemək uzmanı adlandırmaq olar. Xanım teleaparıcı ciddi xəbər sahəsindən sonra Xəzər TV-nin "Nuş olsun" və ardınca Space telekanalının "Bizim mətbəx" şousunda tamaçıların qarşısına çıxdı.
- Aparıcı nə aparır?
- Bəzi aparıcılar nə aparırır bəzən başa düşmürəm. Amma mən ən sevdiyimi aparıram.
- Sevdiyinizi hara aparırsız?
- Əvvəlcə tamaşaçının gözlərinə, oradan da ürəyinə və ağlına…
- Bəs sevdiyiniz sizi hara aparır?
- O, məni ən sevdiyim yerə, öz ürəyinə aparıb.
- Nəyi aparmaq istəməzdiniz?
- İçimdəki qorxu hissini.
- Özünü pis aparmaq olar?
- Mən bacarmıram, amma bəzən lazımdır.
- Kim sizdən nə apardı?
- Bəzi insanlar insanlığa olan sevgi və inamımı apardı.
- Kimin aparmasını istəməzdiniz?
- Apara bilməyənin.
- Ən çətin nə aparmaqdır?
- Düzgün, vicdanlı və təmiz həyat tərzini.
- Sizdən nəyi aparsınlar?
- Həyatıma pərçim olan pis insanları aparsınlar.
- Bu dünyadan nə aparacaqsınız?
- Allaha sevgini!!!
XƏBƏR LENTİ
12:51
12:42
Sabah yağış yağacaq
12:42
12:29
12:16
11:48
11:29
11:12
11:04
11:00
10:59
10:52
10:49
10:47
10:42
10:31
10:28
10:21
10:06
09:45
09:35
09:20
"Brent" ucuzlaşdı
09:20
Daha çox yüklə























.jpg)






























