Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə "Unikal"a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri FHN əməkdaşları tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Yanğın nəticəsində, ilkin məlumata əsasən, binanın şaxtasındakı elektrik kabelləri, damındakı havalandırma qurğusunun mühərriki və ətrafa yığılmış taxta qırıntıları yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb.