"Gəncdir. Məncə, daha rasionaldır".

"Unikal" xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İranın yeni Ali Lideri Müctəba Xameneini tərifləyərkən deyib.

"O, yaralanıb. O, olduqca ağır yaralanıb. Deməli, ortada müəyyən bir cəsarət var", - deyə Tramp qeyd edib.

Amerika Prezidenti İran liderinin dəqiq yerini bildiyini deyib və ya İranda olub-olmadığını qəti şəkildə deməkdən imtina edib.