Ümid Partiyasının sədri İqbal Ağazadə kiberdələduzluğun qurbanı olub. 

"Unikal" xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun nömrəsi oğurlanıb, "Telegram" kanalından kontaktında olan şəxslərdən pul istənilir.

"5522099370138406, 5238151653748537 bu nömrəli kartların sahibi mənim teleqram nömrəmi oğurlayıb, adımdan kontaktımda olan şəxslərə mesaj yazıb pul istəyir", - deyə Ağazadə qeyd edib. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən araşdırma başladılıb.