İngiltərə millisinin hücumçusu Harri Keyn DÇ-2026-nın 1/16 finalında Konqo yığmasına qarşı keçirilən matçın (2:1) ən yaxşı oyunçusu seçilib.
"Unikal" xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
32 yaşlı hücumçu 75 və 86-cı dəqiqələrdə vurduğu qollarla dubla imza ataraq komandasına 1/8 finala vəsiqə qazandırıb.
Qeyd edək ki, Keyn bununla turnirdəki qol sayını 5-ə çatdıraraq bombardirlər siyahısında Erlinq Haalandla eyni göstəriciyə sahib olub. Hazırda bu siyahıya hərəyə 6 qolla Lionel Messi və Kilian Mbappe başçılıq edir.





















.jpg)











.jpg)




.webp)





.jpg)












