Ermənistan vətəndaşı Artur Osipyan Baş nazir Nikol Paşinyana qarşı iddia qaldırıb.
"Unikal" xəbər verir ki, Osipyan Paşinyanın ondan üzr istəməsini tələb edib.
"İrəvan Ümumi Yurisdiksiya Birinci İnstansiya Mülki Məhkəməsi cavabdeh Nikol Paşinyana qarşı böhtan xarakterli ifadələrini geri götürməsini və üzr istəməsini tələb etdiyim iddiamı qəbul edib", - deyə Osipyan bildirib.
O, məhkəmədən Baş nazirdən böhtan xarakterli hesab edilən ifadələrini geri götürməsini və üzr istəməsini tələb etməsini istəyir.
Xatırladaq ki, Artur Osipyan mayın 18-də Ərəbkir inzibati rayonunda Paşinyanla baş verən insidentdən sonra saxlanılıb və sonra həbs edilib.
O, Nikol Paşinyanın onu "qaçaq" adlandırmasına etiraz olaraq aclıq aksiyası keçirib. Osipyan zorakılığa açıq şəkildə çağırış etməkdə, zorakılığı açıq şəkildə haqlı çıxarmaqda və ya təşviq etməkdə, xuliqanlıqda və təşviqat kampaniyasına mane olmaqda ittiham olunur.
10 iyunda Osipyanın azadlığa buraxılması barədə qərar qəbul edilib.


































.jpg)












.jpg)




.jpg)

