ABŞ prezidenti Donald Tramp müharibəyə son qoymaq üçün İranla mümkün danışıqların perspektivlərinə şübhə ilə yanaşdığını bildirib. 

"Unikal" xəbər verir ki, o, jurnalistlərə açıqlamasında qeyd edib ki, pərdəarxası təmaslar zamanı İran rəsmiləri "qoşunları darmadağın edildiyindən hücumları dayandırmaq üçün çox səylə görüş axtardıqlarını" açıq şəkildə deyiblər.

"Sizə düzünü deyim: onlar görüşmək üçün çox səy göstərirlər. Amma mənalı dialoqa hazır olana qədər bu görüşə marağımız yoxdur", - deyə Tramp jurnalistlərə bildirib.