“Xankəndi” futbol komandası heyətini 27 yaşlı İbrahim Qədirzadə ilə gücləndirib.

"Unikal" xəbər verir ki, klub son olaraq “Karvan-Yevlax”da çıxış edən futbolçu ilə mövsümün sonunadək müqavilə bağlandığını açıqlayıb.

Qədirzadənin əsas mövqeyi dayaq yarımmüdafiəsidir.

Qədirzadə 2025/2026 mövsümündə “Karvan-Yevlax”ın heyətində bütün turnirlərdə 16 rəsmi oyunda meydana çıxıb və 517 dəqiqə oynayıb. Klub iki gün əvvəl müqaviləsi başa çatdığı üçün futbolçusu ilə yollarını ayırdığını açıqlayıb.

Xatırladaq ki, “Xankəndi” ötən mövsümü İkinci Liqada 76 xalla birinci pillədə başa vuraraq çempion olub. Zaur Hacıyevin komandası bununla Birinci Liqaya vəsiqə qazanıb.