Azərbaycan mədəniyyəti və ədəbiyyatı sahəsində mühüm xidmətləri olmuş böyük britaniyalı tərcüməçi, redaktor və jurnalist İan Peart dünyasını dəyişib. 

"Unikal" xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra dünən vəfat edib. 

26 ilə yaxındır, Azərbaycanda yaşayan İan Peart Azərbaycan ədəbiyyatı və tarixi ilə bağlı əsərləri ingilis dilinə çevirməsi ilə tanınır. O, Qarabağ münaqişəsi, məcburi köçkünlər və Xocalı faciəsi haqqında məqalələr yazıb və bu mövzularda müsahibələr hazırlayıb. İan Peart Azərbaycan mədəniyyəti və ədəbiyyatının ingilisdilli oxuculara çatdırılmasına töhfə verən tərcüməçilərdən biri hesab olunur.

İan Peart mərhum azərbaycanlı tərcüməçi, ingilis dili müəllimi Səadət İbrahimova ilə ailəli olub.