Gürcüstanın Kutaisi-Zestafoni yolunda sərnişin avtobusu yoldan çıxaraq aşıb.

"Unikal" xəbər verir ki, hadisə nəticəsində 14 nəfər xəsarət alıb.

Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanalara aparılıblar.

Faktla bağlı araşdırma başlayıb.

Qeyd edək ki, avtobusda turistlər olub. Yaralılardan birinin ayağı amputasiya edilib.