"Ümum Dünya Səhiyyə təşkilatının orta insan ömrü hesabatlarına görə, 190 ölkə arasında Azərbaycan 119 ölkədən geri qalır. Azərbaycanda aptek şəbəkələri orta insan ömrü uzun olan ölkələrdən 10 dəfə çoxdur".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, sahibkarlıqda yoxlamaların azaldılması ilə bağlı qanunvericilik aktına mütləq dəyişiklik olunmalıdır: "Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi cəld yoxlama mexanizminə malik olmalıdır. Bu vaxta qədər quru sərhəd keçidlərində AQTA-nın şöbələrinin olmaması narahatlıq yaradan məsələdir".

Anar Kəlbiyev